"İyun-iyul aylarında yoluxma faizi 7-10 %-dən az idisə, bu gün rəqəm 25 %-in üzərindədir".
Unikal.org xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.
O qeyd edib ki, hazırda intensiv terapiya və reanimasiya şöbələrində müalicə olunan xəstələrin sayında da artım var: "Xəstələrin xəstəxanalara ağırlaşmış formada daxil olması narahatedicidir. Əhali arasında çoxlu reseptlər gəzir. Ev şəraitində vitamin preparatları, qan durulaşdırıcı dərmanları qəbul etmək olar. Xəstə insanlar isə həkimlə məsləhətləşməlidir. Bol maye və yataq rejimi mütləqdir. Hormonal preparatlar həkim məsləhəti olmadan içmək qəti olmaz. Deksametazon və stredit preparatı da bura aiddir. Çalışaq özümüzü sadə metodlarla qoruyaq".