Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin başçısı Sergey Lavrov və Azərbaycan Respublikasının Xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin Dağlıq Qarabağ üzrə üçtərəfli bəyanatının icra edilməsinin gedişatını müzakirə edib.

Unikal.org xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin saytında bildirilir.

"Xarici siyasət idarələrinin başçıları 9 noyabrda Rusiyanın, Azərbaycanın və Ermənistan liderlərinin bəyanatının icra edilməsinin gedişatını, ikitərəfli əməkdaşlığı və beynəlxalq gündəliyin aktual mövzularını müzakirə etdilər", - xəbərdə deyilir.