Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İran Prezidenti Həsən Ruhani ilə görüşüb.

Unikal.org xəbər verr ki, görüşdə Azərbaycan və İran arasında münasibətlərin daha da inkişaf etdirilməsi haqda müzakirələr aparılıb. 

İrana səfəri çərçivəsində C. Bayramov bu gün xarici işlər naziri Məhəmməd Cavad Zərif, parlamentin spikeri Məhəmməd Baqir Qalibaf və İran Milli Təhlükəsizlik Şurasının katibi Əli Şəmxani ilə də görüşəcək.

***

13:41

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov dekabrın 9-da İrana səfərə gedib.

Unikal.org xəbər verir ki, o, səfər çərçivəsində İranın Prezidenti Həsən Ruhani, xarici işlər naziri Məhəmməd Cavad Zərif və digər rəsmi şəxslərlə görüşəcək.

Görüşlərdə qarşılıqlı əlaqələrin inkişafı perspektivi və regionda təhlükəsizlik məsələləri müzakirə ediləcək.