"Human Rights Watch" beynəlxalq hüquq müdafiə təşkilatı Çinin Sintszyan-Uyğur muxtar rayonunda insan haqlarını kobud şəkildə pozduğunu açıqlayıb.
Unikal.org "Anadolu" agentliyinə istinadən xəbər verir ki, bu barədə təşkilatın açıqlamasında məlumat verilib.
Sintszyan-Uyğur muxtar rayonunun Ağsu vilayətində 2 mindən çox uyğurun həbs olunduğu bildirilir. Çin hökumətinin "İnteqrasion Ortaq Əməliyyatlar Platforması" (IJOP) adlı sistemlə bölgədə əhalini data proqramları vasitəsilə total nəzarət altına aldığı və insanları izlədiyi haqqında məlumatlar var. Bu sistem vasitəsilə rəsmi siyasi ideologiyaya təhdid kimi görünən, potensial təhlükə hesab edilən, ökə xaricindən bir neçə dəfə zəng gəlmiş şəxslər heç bir cinayət törətmədən həbs olunur və "Siyasi Təlim" düşərgələrinə aparılır. Burada insanların başına nə gəldiyi açıqlanmır.
Təşkilatın açıqlamasında həmçinin əməllərində cinayət tərkibi olmayan, heç bir qanunu pozmayan şəxslərə bu formada davranılması pislənib.