ABŞ "Facebook" sosial şəbəkəsini məhkəməyə verib.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, səbəb kimi bu platformanın bazarda inhisarçı davranışı və rəqabət imkanlarını məhdudlaşdırması göstərilib.
"Instagram" və "Whatsapp"ı da satın aldığı və rəqəmsal sferada tam monopoliya qurduğu bildirilərək 46 ştatın prokurorluğu birgə addımla bu şəbəkəyə qarşı məhkəmə iddiası qaldırıb. İş icraata götürülüb.