Azadlıq meydanında Vətən müharibəsində qələbəyə həsr olunan Zəfər paradı davam edir.

Unikal.org xəbər verir ki, qələbənin qazanılmasında müstəsna xidmətləri olan Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin hərbi qulluqçuları hərbi paradda keçid edib.

Parad heyətinə Xüsusi Təyinatlı Qüvvələrin komandanı, "Vətən müharibəsi qəhrəmanı", general-leytenat Hikmət Mirzəyev başçılıq edib.