Qazi baş leytenant Samir Qasımzadə "Vaxtı gəldi" proqramında qonaq olub.

Unikal.org  xəbər verir ki, Vətən müharibəsinin iştirakçısı olan qazimiz döyüş zamanı yanan tankı əlləri ilə söndürüb, əsgərləri xilas etməsindən danışıb:

"Tank yandı, piyada qüvvələrimizdən şəxsiyyətlər var idi. Onlar tanka yaxınıydılar, partlama ehtimalı yüksək idi. Partlasaydı, heç birimiz sağ qalmayacaqdıq. Özümün və şəxsi heyətimin yaralanmağına baxmayaraq, düşündük ki, şəhid olacağıqsa, biz olaq. O biriləri gözə ala bilməzdik. Qumu doldurub, tankın üstünə qalxdım. Bir hissəsi söndü, yarısı qaldı. Sonra apardığımız suyu götürüb oda tökdüm. Yenə sönmədi. Birdən ağlıma gəldi ki, palçıq şəklində edim. Su ilə qumu qarışdırıb odun üstünə atdım. Bunları yalın əllə etdim. Orada nəsə tapmaq şəraiti yox idi. Hər saniyə əleyhimizə işləyirdi. Amma böyük itkinin baş verməsinin qarşısını ala bildik".