YAP Ağdaş rayon təşkilatında 12 dekabr - Ulu öndərimiz Heydər Əliyevin anım gününə həsr olunmuş “Ümummilli lider Heydər Əliyevin siyasi irsi, müasirlik və gələcək inkişaf perspektivləri” adlı onlayn formatında elmi konfrans keçirilib.

Unikal.org xəbər verir ki, Videokonfransı Azərbaycan Respublikası Milli Məclisinın deputatı,  Yeni Azərbaycan Partiyası Ağdaş rayon təşkilatının sədri Cavid Osmanov açdı. Ulu öndərmizin və torpaqlarımızın azadlığı uğrunda canlarını fəda edən şəhidlərimizin ruhları bir dəqiqəlik sükutla yad edilib.

Cavid Osmanov bildirdi ki,  2 gün sonra ulu öndərimiz Heydər Əliyevin anım günüdür. On yeddi il bundan əvvəl Vətən öz böyük oğlunu itirmişdir. Ancaq bu on yeddi ilin hər bir ili Heydər Əliyev siyasətinin təntənəsi ili olmuşdur. Çünki bu illərdə Heydər Əliyev siyasəti davam etdirilmiş, Azərbaycan uğurla inkişaf etmişdir.
Heydər Əliyev böyük tarixi şəxsiyyətdir. Müstəqil Azərbaycanın qurucusudur, onun banisidir. Məhz Heydər Əliyevin müdrikliyi, siyasəti nəticəsində Azərbaycan, sözün əsl mənasında, müstəqil dövlətə çevrilmişdir. Ona görə biz hamımız haqlı olaraq Heydər Əliyevi Azərbaycan dövlət müstəqilliyinin qurucusu kimi qəbul edirik.

1993-cü ildə Azərbaycan xalqı böyük müdriklik göstərmiş, ölkəmiz, xalqımız üçün ən ağır anlarda Heydər Əliyevə müraciət etmiş, onu hakimiyyətə dəvət etmişdir. Çünki Heydər Əliyevin 1970-1980-ci illərdə gördüyü işlər xalqın yaddaşında yaşayırdı. Azərbaycan 1970-ci ilə qədər sovet məkanında ən geridə qalmış respublika idi. Heydər Əliyevin fəaliyyəti nəticəsində 1980-ci illərin əvvəllərində sovet miqyasında ən qabaqcıl respublikaya çevrilmişdi. Eyni zamanda, xalqımız üçün ən ağır anlarda Heydər Əliyev daim xalqın yanında idi. 20 Yanvar faciəsi zamanı da o, öz haqq səsini ucaltmışdır. O vaxt Sovet İttifaqının süqutuna hələ iki il vaxt qalmışdı. Ancaq Heydər Əliyev öz cəsarətli səsini ucaltmış, sovet rəhbərliyinin bu cinayətini pisləmiş, onu qınamış, Kommunist Partiyasından imtina edərək onun sıralarını tərk etmiş və əsl liderlik keyfiyyətləri nümayiş etdirmişdir. Məhz Heydər Əliyevin qərarı ilə Azərbaycanın milli bayrağı - Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Naxçıvanda dövlət bayrağı kimi elan edilib.

İctimai-siyasi quruluşdan asılı olmayaraq, Heydər Əliyevin bütün dövrlərdə əsl lider, əsl öndər olduğunu deyən Cavid Osmanov qed etdi ki, məhz buna görə də 1993-cü ildə - xalqımızın ən ağır anlarında xalq ona üz tutmuş, hakimiyyətə dəvət etmiş və ondan sonra Azərbaycanın sabitlik və inkişaf dövrü başlamışdır. Dövlətçiliyin əsasları qoyulmuş, müstəqil Azərbaycanın Konstitusiyası qəbul edilmiş, ciddi islahatlara start verilmişdi. Azərbaycan beynəlxalq aləmdə öz möhkəm yerini tuta bilmiş, ölkə daxilində aparılan islahatlar ölkəmizin inkişafını təmin etmişdir. Azərbaycan dövləti çox dərin milli köklər, milli dəyərlər üzərində qurulmuşdur. 1993-2003-cü illərdə Azərbaycanın sürətli inkişafı bugünkü reallıqları da təmin etmişdir. Məhz o illərdə aparılan siyasət nəticəsində Azərbaycan inkişaf yoluna qədəm qoydu, beynəlxalq aləmdə daxili siyasətlə bağlı olan bütün məsələlərdə öz prinsipial mövqeyini nümayiş etdirdi, dünyada böyük hörmətə malik oldu. Ölkə daxilində başlanan islahatlar dövlətimiz üçün həlledici rol oynamışdır. Ondan sonrakı dövrdə də Heydər Əliyev siyasəti davam etdirilmişdir. 2003-2020-ci illərdə Cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dünya miqyasında ən sürətlə inkişaf edən ölkə kimi tarixdə qalmışdır. Bu inkişafın təməli məhz Ulu Öndər tərəfindən qoyulmuşdur. Ulu Öndərin siyasətinə sadiq qalan ölkə başçımız onun siyasətini yaşatmış, zənginləşdirmiş və Azərbaycanı inamla irəliyə aparmışdır.
 
Ulu öndərimizin ən böyük arzularından biri də Qarabağın işğaldan azad olunması idi. Bu arzunu da ölkə Prezidentimiz reallaşdırdı. Dərindən düşünülmüş hərbi strategiya, döyüş əməliyyatlarının məharətlə həyata keçirilməsi nəticəsində Azərbaycanın qalibiyyəti təmin olundu, müasir tariximizin ən şərəfli səhifəsi olan Vətən müharibəsi Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə nəticələndi. Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun qazandığı parlaq zəfərlər, şanlı qələbələr tariximizin ən parlaq səhifələrinə qızıl hərflərlə həkk olundu. Bu gün isə öz haqqı uğrunda əvvəldən axıra kimi ləyaqətlə, inamla mübarizə aparan, bu müharibədən qalib çıxan Azərbaycan artıq böyük Zəfərini hərbi keçidlə qeyd etdi. Bu hərbi parad rəşadətli Azərbaycan Ordusunun gücünün, qüdrətinin dünyaya növbəti nümayişi kimi tarixə düşəcəkdir. Rəşadətli Ordumuz 44 gün ərzində düşmən ordusunu diz çökdürdü, ermənilərin çoxlu sayda texnikasını, artilleriya sistemini, hava hücumundan müdafiə sistemini məhv etdi. Döyüş əməliyyatları zamanı düşməndən götürülən çoxlu sayda qənimətlər - tanklar, piyadaların döyüş maşınları, minaatanları dünyaya nümayiş etdirildi. Dostumuz da, düşmənimiz də bu 44 gün ərzində Azərbaycanın igid əsgərlərinin əzmlə qazandıqları bu fəxarətli zəfərlərinin qürurla qeyd etməsinin şahidi oldu. Ölkə Prezidentimiz cənab İlham Əliyev yenilməz Sərkərdə, Azərbaycan tarixində itirilmiş torpaqlarımızı qaytaran Prezident kimi tarixə düşdü. Bu  Zəfər Paradı yumruq kimi bir olmağımızın, milli birliyimizin, həmrəylimizin, dövlət müstəqilliyimizin əbədi və dönməzliyinin nümayişidir.

On yeddi il bundan əvvəl cənab İlham Əliyev Azərbaycan xalqına söz vermişdi ki, əgər ona etimad göstərilərsə, o Heydər Əliyevin siyasətinə sadiq qalacaq, bu yoldan dönməyəcəkdir. Ötən 17 il ərzində verilən bütün sözlər həyatda öz əksini tapmışdır. 17 il ərzində Heydər Əliyev siyasəti yaşadı və daha da inkişaf etdi.
Konfransda çıxış edən rayon təşkilatının Qadınlar Şurasının sədri Tənzilə Şıxıyeva və Şura üzvü Azad Gözəlov bildirdilər ki,   Heydər Əliyevin əziz xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayır. Biz irəliyə gedirik, inkişafa doğru gedirik, bundan sonra da Azərbaycan Heydər Əliyev siyasəti ilə idarə ediləcəkdir. Cənab Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız Azərbaycan xalqının xoşbəxt gələcəyini bundan sonra da təmin edəcəkdir.