BMT Dağlıq Qarabağa öz missiyasını göndərmək niyyətini saxlayır və bütün tərəfləri missiyanın regiona ən qısa zamanda gəlməsi üçün əməkdaşlığa çağırır.

Unikal.org TASS-a istinadən xəbər verir ki, bunu BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Cüjarrik deyib.

Daha əvvəl isə BMT-dən bildirilmişdi ki, qurumun missiyası Dağlıq Qarabağa dekabr ayının əvvəlində gələcək.