Milli Məclisin deputatlarının koronavirus testinin nəticələri açıqlanıb.

Unikal.org “Report”a istinadən xəbər verir ki, parlament üzvlərinin bir neçəsinin COVID-19-la bağlı verdikləri testlərin nəticəsi pozitiv olub.

Onlar arasında deputatlar Ceyhun Məmmədov və Kamal Cəfərov da var.

Qeyd edək ki, COVID-19-a yoluxmuş bir neçə deputat artıq sağalıb.