Ermənistan Səhiyyə Nazirliyi Qarabağ döyüşlərində azı 3 min hərbi qulluqçunun ölümünü etiraf edib.
Unikal.org xəbər verir ki, Nazirlik məhkəmə-tibbi ekspertizasını keçən cəsədlərin sayının 2996-ya çatdığını açıqlayıb.
Onların bəzilərinin şəxsiyyətini müəyyənləşdirmək mümkün olmayıb.
Rəsmi Yerevan yüzlərlə hərbi qulluqçusunun hələ də itkin düşdüyünü bildirir.