Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev bir sıra şəhər və rayon icra başçılarının tutduqları vəzifədən azad edilməsi barəsində sərəncan imzalayıb.
Unikal.org xəbər verir ki, sərəncama əsasən, Göygöl, İmişli, Kürdəmir, Cəlilabad və Bakı şəhər Nizami rayon İcra başçıları vəzifələrindən kənarlaşdırılıblar.
Bildirək ki, həmin şəxlərdən Kürdəmir rayon icra başçısı Ceyhun Cəfərov və Cəlilabad rayon icra başçısı Namiq Zeynalov həbs edilib.
Ağsu rayon icra başçısı Vahid Tağıyev isə 2020-ci il noyabrın 26–da koronavirusdan dünyasını dəyişib.
Qeyd edək ki, hazırda Cəlilabad, Ağsu, Göygöl, Kürdəmir və Nizami rayon icra başçısı vəzifəsinə təyinat yoxdur.
Gülayə Mecid