İtaliyanın Siciliya adasındakı Etna vulkanı püskürüb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Avropadakı ən uca və ən aktiv vulkan kimi bilinən Etna vulkanının püskürməsi nəticəsində ətraf kəndlər vulkanik küllə örtülüb. Maşınlar, evlərin damı, eyvanlar soyumuş qara lava ilə qaplanıb. Bir neçə saat davam edən püskürmə nəticəsində vulkanın bir hissəsində böyük çatlar əmələ gəlib.

Qeyd edək ki, Etna vulkanı 3 300 metr hündürlüyə malikdir və ildə bir neçə dəfə püskürür. Sonuncu böyük püskürmə isə 1992-ci ildə qeydə alınmışdı.