II Qarabağ müharibəsi zamanı yaralanaraq əsir düşən Amin Musayev bu gün Azərbaycana gətirilib.

Unikal.org xəbər verir ki, sosial şəbəkələrdə bununla bağlı foto paylaşılıb.

Qeyd edək ki, bu gün Dilqəm Əsgərov və Şahbaz Quliyevin Bakıya gətirilməsindən sonra Amin Musayevin də vətənə qaytarılması barədə məlumat yayılmışdı.