Belarus müxalifətinin lideri Svetlana Tixanovskaya Almaniya prezidenti Frank Valter Ştaynmayerlə görüşüb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, görüş Tixanovskayanın Berlinə səfəri zamanı baş tutub. Almaniya tərəfi xüsusi ehtiyatlılığı ilə seçilib. Aleksandr Lukaşenko əleyhinə birbaşa açıq bəyanatlardan çəkinilib.

Bu görüşün daha çox simvolik önəm daşıdığı deyilir.