Ermənistanda son sutka ərzində daha 438 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, ölkədə COVID-19-a yoluxanların ümumi sayı 149 120 nəfərə yüksəlib.

Ermənistanda koronavirusdan bir gündə 26 nəfər ölüb, bununla pandemiya qurbanlarının sayı 2 529-a çatıb.

Koronavirusa yoluxmuş, lakin digər xəstəliklərdən ölənlərin sayı 626 nəfərdir.