Türkiyədə bir sıra şəhərlərdə ekstremal hava şəraiti ilə bağlı əhaliyə müraciət olunub.
Unikal.org Türkiyə KİV-ə istinadən xəbər verir ki, Cənub-Şərqi Anadolu bölgəsində şiddətli qar və dolu yağacağı ilə bağlı insanlara xəbərdarlıq edilib.
Xüsusilə, Van, Bitlis, Muş və Hakkari şəhərlərində havanın kəskinləşəcəyi və temperaturun qəfil aşağı düşəcəyi bildirilib. Yolların buz bağlayacağı və qar fırtınası yaşanacağı bildirilib. Küləyin sürəti saatda 70 kilometr təşkil edəcək. İnsanları zəruri olmadıqca evdən çıxmamağa çağırıblar.