Türkiyə xüsusi təyinatlı qüvvələri Suriyada "Fərat qalxanı" əməliyyat zonasına daxil olmağa çalışan 4 PKK terrorçusunu zərərsizləşdirib.
Unikal.org xəbər verir ki, bu barədə çərşənbə axşamı Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
"Bölgədə sülhü və təhlükəsizliyi pozmağa çalışan terrorçular Türkiyə xüsusi təyinatlılarının uğurlu əməliyyatı zamanı məhv edildi”,-deyə nazirlikdən bildirilib.
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan PKK terrorçularının ilk dəfə qanlı cinayət törətdikləri 1984-cü ildən başlayaraq 2020-ci ilin martına qədər 7500 türk təhlükəsizlik əməkdaşının və 6800 mülki şəxsin bu təşkilatın qurbanı olduğunu deyib. ABŞ və Avropa Birliyi PKK-nı terror təşkilatları siyahısına salıb.