Nikol Paşinyan may və ya iyun ayında növbədənkənar seçki keçirmək niyyətindədir.

Unikal.org xəbər verir ki, bu barədə məlumatı “Past” qəzeti yayıb.

“Paşinyan istefa məsələsində xalqın tələblərinə bacardığı qədər müqavimət göstərmək, növbədənkənar seçkini may və iyunda keçirmək niyyətindədir. Əsas odur ki, bu zamana qədər onlar hakimiyyətdə olsun və total administrativ resurslardan istifadə edib, özlərinin yenidən seçilməsini təmin etsinlər”, – deyə qəzetin məqaləsində bildirilib.