Azərbaycan həkimləri, tibb işçiləri koronavirusla ön xətdə mübarizə aparmağa davam edirlər.
Unikal.org xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.
Onun sözlərinə görə, həkimlər Ali Baş Komandanın rəhbərliyi ilə zəfərlə yekunlaşan Vətən Müharibəsində də 44 gün ərzində çalışıb.
“Bu dövrdə şəhid olanlar və koronavirusla mübarizədə həyatını itirən həmkarlarımız da var. Allahdan onlara rəhmət diləyirik”.