Dünyada əhalinin sayı artdıqca, infeksiyaların xəstəlik törətmə qabiliyyəti də artır. COVID-19 əvvəl heyvanlarda xəsətlik törədirdisə, indi insanlarda xəstəlik yaradır. Hər bir xəstəliyin radikal yayılmasının qarşısının alınması vaksinasiya sahəsində mümkündür.
Unikal.org xəbər verir ki, bunu TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.
TƏBİB sədri bildirib ki, qripə qarşı vaksin koronavirusa qarşı effektli ola bilməz:
“Vaksinlərin icadından sonra daha güvənli dünyada yaşayırıq. Onlarla xəstəlik ləğv edilib və ya ləğv edilmək üzrədir, milyonlarla insan həyatı xilas olub. Koronavirus ən çox ağciyər hüceyrələrinə bağlanır. Koronavirusda 10 faiz ağırlaşma genetik faktorlar nəticəsində olur”.