ETSN-nin Milli Hidrometeorologiya Xidməti hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq yayıb.
Xidmətdən Unikal.org-a verilən məlumata görə, dekabrın 16-sı gündüz Azərbaycanın qərb rayonlarından başlayaraq ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir 15-20 m/s-dək güclənəcək.
Havanın temperaturu ötən günlərlə müqayisədə 3-5 dərəcə aşağı enəcək. Dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var.
Qeyri-sabit hava şəraiti dekabrın 18-i gündüzədək davam edəcək.