Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Unikal.org xəbər verir ki, təltif olunanlar arasında mayor Cəfərov Ruslan Gündüz oğlu da var. 

Mayor ölümündən sonra “Vətən uğrunda” medalına layiq görülüb.

Qeyd edək ki, mayor Ruslan Cəfərov oktyabrın 11-də Hadrut istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.