Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzalayıb.

Unikal.org xəbər verir ki,  “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunanlar arasında Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun xüsusi təyinatlı qüvvələrinin Xüsusi şöbəsinin rəisi polkovnik-leytenant Səid Əhmədov da var. O, Füzuli, Cəbrayıl rayonlarının, Xocavəndin bir sıra kəndlərinin işğaldan azad olunmasında iştirak edib. Şuşaya ilk bayraq sancan da S. Əhmədov və onun rəhbərlik etdiyi qrup olub.