Vətən müharibəsində böyük şücaət göstərən hərbçilərimizindən biri də Nazim Həsənovdur.
Unikal.org xəbər verir ki, Nazim Həsənovun atası Rövşən Həsənov 1992-ci ildə könüllü olaraq Azərbaycanın ərazi bütövüyü uğrunda döyüşlərə qatlıb. 1994-cü ilin aprel ayında Füzuli uğrunda gedən döyülərdə qəhrəmancasına şəhid olub. İndi Nazimin atasının ruhu da şaddır. Çünki oğlunun da iştirak etdiyi savaşdan Azərbaycan qalib olaraq çıxıb və torpaqlarımız azad edilib.
Qeyd edək ki, Nazim Həsənov 27 sentyabrda könüllü olaraq cəbhəyə yollanıb. O, Füzuli, Cəbrayıl, Hadrutun azad olmasında yaxından iştirak edib.