Qusarda karantin qaydalarını pozan oyun zalı aşkar edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Unikal.org-a verilən məlumata görə, Qusar Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları rayon ərazisində xidmət aparan zaman karantin qaydalarını pozaraq fəaliyyət göstərən oyun zalı aşkarlayıblar.

Obyektə baxış zamanı 7 nəfər müştərinin xüsusi karantin qaydalarını pozaraq oyun zalında olduqları müəyyən edilib. Obyektin sahibi Yarəhməd Pənahov və müştərilər saxlanılaraq RPŞ-nə gətiriliblər.

Xüsusi karantin qaydalarını pozan obyekt sahibi və müştərilər İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimə olunublar.