Bakı şəhəri, Binəqədi rayon Dövlət Yol Polisi (DYP) Şöbəsinə yeni rəis təyin edilib.

Unikal.org  oxu.az-a istinadən xxəbər verir ki, Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun imzaladığı əmrlə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşı, polkovnik-leytenant Cəmşid Hənifəyev Binəqədi rayon DYP Şöbəsinin rəisi vəzifəsinə təyin olunub.

Cəmşid Hənifəyev əvvəllər Səbail rayon DYP Şöbəsinin rəisi vəzifəsində çalışıb.