Aparılan araşdırmalar koronavirusun kişilərdə daha çox ölümə səbəb olduğu ortaya çıxardıb.  

Unikal.org xəbər verir ki, "Global Health"ın araşdırmasına görə,  Covid-19 səbəbiylə ölən kişilərin sayı qadınlardan daha çoxdur. Alimlər bunun səbəbinin həm bioloji, həm də ətraf mühit olduğunu ifadə ediblər. 

Belə ki, qadınlarda cüt X xromosomunun gücü və gigiyena qaydalarına daha çox diqqət yetirilməsi onları xəstəliklərə qarşı daha davamlı edir.

Digər məlumata görə, bütün ölkələrdə qadınların ömrü kişilərə nisbətən 6-8 il uzundur. 100 yaşına çatan hər kişi üçün bu yaşa dörd qadın çatır. Xəstəliklərə qarşı müqavimət baxımından qadınların daha güclü bir immunitet sisteminə sahib olduqları və kişilərlə müqayisədə bəzi xərçəng növləri riskinin daha az olduğu da bilinir. Həmçinin qadınların ürək-damar xəstəlikləri və bəzi viral infeksiyalara yoluxma riskinin daha az olduğunu göstərən məlumatlar da var. 2003-cü ildə fərqli bir koronavirus səbəb olduğu SARS epidemiyası zamanı Honq-Konqda ölən 299 nəfərdən yüzdə 57-si kişilər idi. 1918-ci il İspan qrip epidemiyasından da kişilər daha çox təsirlənib.  

Qeyd edək ki, hazırda koronavirus infeksiyasından daha çox kişilərin öldüyü ölkələrin statistikası açıqlanıb. Belə ki, Yəmən, Banqladeş, Tayland, Malavi, Nigeriya, Əfqanıstan və Pakistanda ilk sıralarda yer alıb. 

 Gülayə Mecid