Salyan rayonunun tanınmış iş adamlarından biri Seymur Ələkbərov yeni növ koronavirus (COVİD-19) infeksiyasından dünyasını dəyişib.
Unikal.org virtualaz.org-a istinadən xəbər verir ki, 58 yaşlı iş adamı Bakı şəhərində müalicə olunduğu tibb müəssisəsində bu gün vəfat edib. İxtisasca həkim olan Seymur Ələkbərovun ürək çatışmazlığı və şəkərdən də əziyyət çəkdiyi deyilir.