Sentyabrına 27-də Vətən Müharibəsi başlayan kimi ön cəbhəyə yollanan Tural və Musa Həsənov qardaşları da şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızdandır. Hər iki qardaş Suqovuşan istiqamətində gedən döyüşlərdə iştirak edib.

Unikal.org  xəbər verir ki, şəhidlərin ailəsinə qonaq olan "Xəzər xəbər" komandası igidlərin şərəfli döyüş yoluna nəzər salıb. Anası Nəhayyət Həsənova müsahibəsi zamanı əvvəl Musanın, sonra Turalın şəhid xəbərinin gəldiyini deyib:

"Noyabrın 4-də xəbər gəldi ki, Musa idarə etdiyi tankda yanaraq həlak olub. Ertəsi gün onun nəşini gətirdilər dəfn etdik. Düşünürdüm ki, digər övladım Tural sağdır. Onunla təsəlli taparam. Dekabrın 8-i isə onun şəhid olduğu xəbəri gəldi. Dedilər ki, oğlum döyüşdə həlak olub. Ümidlərim puç oldu. Balalarımdan mənə qalan 4 nəvəm oldu".

O bildirib ki, Musanın 2 qız, Turalın isə 2 oğul övladı var. 

Qeyd edək ki, hər iki qardaş Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən "Vətən uğrunda" medalına layiq görülüblər.