Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunlarının baş çavuşu Məmmədov Şahlar Şahin oğlu Vətən Müharibəsinin şəhidlərindəndir.

Nazirlikdən Unikal.org-a verilən məlumata görə, Ş.Məmmədov 1995-ci ildə Neftçala rayonunun Ərəbqardaşbəyli qəsəbəsində doğulub.

O, noyabrın 7-də Şuşa istiqamətində gedən döyüşlərdə şəhid olub.