FİFA 2020-ci ilin ən yaxşı futbolçusunun adını açıqlayıb.
Unikal.org xəbər verir ki, mükafatın sahibi qurumun İsveçrənin Sürix şəhərindəki mənzil qərargahında koronavirus pandemiyası üzündən onlayn təşkil olunan tədbirdə elan olunub.
Milli komandaların baş məşqçiləri və kapitanları, jurnalistlər, həmçinin azarkeşlər arasında keçirilən səsvermənin qalibi Robert Levandovski (Polşa, “Bavariya”) olub. O, Kriştiano Ronaldo (Portuqaliya, “Yuventus”) və Lionel Messi (Argentina, “Barselona”) qabaqlayıb.
Qeyd edək ki, ötən il ən yaxşı adına Lionel Messi layiq görülüb.