Abşeron rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

Unikal.org xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində 1991-ci il təvəllüdlü Aslanov Ruslan Abbasəli oğlu və 1998-ci il təvəllüdlü Tanrıverdiyev Ruslan Rasim oğlu müxtəlif bədən xəsarətləri alıblar. Yaralılar təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar. Müayinə zamanı R.Aslanova qapalı kəllə-beyin travması, sağ bud və sağ solun sınıqları, R.Tanrıverdiyevə isə qapalı kəllə-beyin travması diaqnozları qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.(report.az)