Cənubi Afrikada koronavirusun fərqli bir növü ortaya çıxıb.
Unikal.org xəbər verir ki, bu barədə Cənubi Afrika mediası məlumat yayıb.
Alimlər yeni koronavirus mutasiyasının daha çox yoluxucu olduğunu və İngiltərədəki kimi sürətlə yayıldığını bildiriblər.
Qeyd edilib ki, burada ortaya çıxan koronavirus İngiltərədə tapılan virusdan fərqlənir.