Avropanın iki nəqliyyat nəhəngi birləşib.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, şirkətlərin birləşməsi rəsmən təsdiq edilib.
Avropa Birliyi "Fiat Chrysler Automobiles" (FCA) ilə "Peugeot" və "Citroen" markalarının bağlı olduğu "PSA"'nın birləşməsinə razılıq verib. Belə ki, ABŞ-İtaliya şirkəti ilə Fransa şirkətinin birləşməsi üçün inhisarlaşma həddi ilə bağlı araşdırmalar tamamlanıb. Bu şirkətlərin birləşməsindən sonra monopoliyalaşma təhlükəsi olmadığı qənaətinə gəlinib və birləşməyə icazə verilib.