Dünyada aktiv internet istifadəçilərinin sayı noyabr ayında 4.66 milyarda çatıb. Ən çox istifadəçi sayı olan tətbiq isə 2.7 milyard ilə Feysbuk olub.
Unikal.org xəbər verir ki, bu barədə We Are Social data-dan toplanan məlumatda qeyd edilib.
Dünyada 4.14 milyard insan isə sosial mediadan istifadə edir.
Feysbukdan sonra 2 milyard istifadəçisi olan YouTube və Whatsapp sosial media tətbiqləri ikinci yeri bölüşür.
Bu tətbiqləri 1,16 milyard istifadəçisi olan İnstaqram izləyir. İstifadəçi sayını sürətlə artıran TikTok-un isə 800 milyon istifadəçisi var. Tvitter 353 milyon insan tərəfindən istifadə edilir.