İran İslam Respublikasının prezidenti Həsən Ruhani ölkəsinin dövlət sistemini tənqid edib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Ruhani seçkilər zamanı seçicilərin şəxslərə və ya təşəbbüs qruplarına deyil, partiyalara səs verməli olduğunu bildirib. Seçki sisteminin siyasi həyatın genişlənməsinə və azadlığına yönəlmədiyini bəyan edən Ruhani güclü partiyaların yaranması üçün sistemin bunu təşviq etməli olduğunu bilidirib.

İran prezidenti həmçinin ölkə konstitusiyasının zamanın tələblərinə cavab vermədiyini və dəyişikliklərə ehtiyac olduğunu vurğulayıb. 31 ildir ki, konstitusiyanın dəyişdirilmədiyini söyləyən prezident ilkin mərhələdə bu konstitusiya mətninin 10 il üçün nəzərdə tutulduğunu diqqətə çatdırıb. Ruhani ümumilikdə dövlət idarəçiliyi sistemində islahatların zəruri olduğunu da qeyd edib.