Almaniyada 2 nəfəri öldürmüş irqçi şəxsə ömürlük həbs cəzası verilib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Saksoniya-Anhalt əyalətində baş verib.

2 nəfərin ölümündə və 51 nəfərin ölümünə cəhddə suçlanan Stefan Balletin adlı şəxs cinayətləri irqçi motivlərlə törətdiyi məlum olub. Məhkəmə ona ömürlük azadlıqdan məhrumetmə cəzası verib. Almaniyadakı yəhudi icmasının üzvləri həbsi antisemitizmlə mübarizənin simvollarından biri kimi qiymətləndiriblər.