Ucar rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Unikal.org apa-ya istinadən xəbər verir  hadisə bu gün axşam saatlarında Bakı-Qazax əsas magistral yolunun Ucar rayonunun Alpı kəndindən keçən hissəsində qeydə alınıb. Goranboy rayon sakini, 1995-ci il təvəllüdlü Araz Zakir oğlu Bayramovun idarə etdiyi "VAZ 21012" markalı minik maşını idarəetmədən çıxaraq yol kənarındakı dayanacağa çırpılıb.

Nəticədə sürücü A. Bayramov və hələlik şəxsiyyəti məlum olmayan qadın hadisə yerində ölüb.

Meyit FHN-nin əməkdaşları tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Araşdırma aparılır.