"Mövcud beynəlxalq vəziyyət qlobal və regional təhlükəsizlik problemlərinin daha da kəskinləşməsi ilə xarakterizə olunur. Cənub Qafqazda münaqişə potensialı qalır".
Unikal.org "Sputnik Armeniya"ya istinadən xəbər verir ki, Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi - Müdafiə nazirinin birinci müavini, ordu generalı Valeri Gerasimov xarici attaşelərlə brifinqində bildirib.
O, Suriya, İran, Əfqanıstan və Liviyada terrorçuluq fəaliyyətinin qaldığını qeyd edib. V.Gerasimovun sözlərinə görə, İran-ABŞ münasibətlərində gərginlik azalmır.