Filippində zəlzələ olub.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Luzon əyalətində baş verən zəlzələ Rixter şkalası ilə 6.3 balla qiymətləndirilib. Ocağı yerin 74 kilometr dərinliyində olan zəlzələnin episentri Çalataqan şəhərində olub. Sunami təhlükəsi və insan tələfatı baş verməyib. Dağıntılarla bağlı məlumat yoxdur.