Ağdamda ermənilər tərəfindən tikilmiş yeraltı sığınacaqlar aşkar edilib. 

Unikal.org xəbər verir ki, bununla bağlı videogörüntülər sosial şəbəkədə yer alıb. 

Qeyd edək ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin noyabrın 10-da imzaladığı Qarabağ üzrə üçtərəfli bəyanatına əsasən, Ağdam rayonu 2020-ci il noyabrın 20-də işğaldan azad olunub.