Ermənistanda bir qrup hüquqşünas baş nazir Nikol Paşinyana vətənə xəyanət maddəsi ilə cinayət işi açılmasını tələb ediblər.

Unikal.org Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu təşəbbüslə çıxış edən hüquqşünaslar Paşinyanın əməllərində bu maddə üzrə cinayət tərkibi olduğunu hüquqi baxımdan isbat etməyə və istintaq aparmağa hazır olduqlarını bəyan ediblər.

Onlar imzaladıqları birgə müraciəti Ermənistanın Baş Prokurorluğuna gətirərək baş prokuror Artur Davtyana təqdim ediblər.