Hazırda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi “facebook” səhifəsində “Ekspert saatı”nın növbəti canlı yayımı gedir, facebook istifadəçilərinin sualları cavablandırılır.

Unikal.org xəbər verir ki, “Ekspert saatı” verilişinin bugünkü qonağı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadədir.  

Xidmət rəsmisi canlı yayımda ətraf mühitin mühafizəsinə nəzarət, işğaldan azad olunmuş ərazilərdə mövcud ekoloji vəziyyətin qiymətləndirilməsi, perspektiv planlarla bağlı facebook istifadəçilərinin suallarını cavablandırır, Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin fəaliyyət istiqamətləri, həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verir.

Qeyd edək ki, bu həftədən etibarən Nazirliyin rəsmi "facebook" səhifəsində "Ekspert saatı" canlı yayım layihəsi yenidən öz işinə başlayıb.