Rusiya sülhməramlıları Xankəndi şəhəri daxil olmaqla Dağlıq Qarabağın yaşayış məntəqələrinin minalardan təmizlənməsi işini davam etdirir.
Unikal.org xəbər verir ki, mühəndis bölmələri Xankəndi yaxınlığında 3 hektar ərazini minadan təmizləyib.
Rusiya sülhməramlı kontingentinin mətbuat xidmətindən verilən məlumata görə, əraziyə baxış zamanı 2237 partlayıcı maddə tapılaraq məhv edilməsi üçün poliqona aparılıb.