Afrika qitəsində koronavirusdan ölənlərin sayı 63 minə çatır.

Unikal.org "Worldometers"ə istinadən xəbər verir ki, son 24 saatda qitədə 18 553 yeni yoluxma faktı aşkarlanıb. Həmçinin 432 yeni ölüm qeydə alınıb.

Bununla da qitədə COVID-19-a yoluxanların ümumi sayı 2 milyon 678 min 22-ə, ölənlərin ümumi sayı isə 62 903-ə çatıb. Ən çox yoluxma CAR, Misir və Mərakeşdə müşahidə olunub.