Şimal Buzlu okeanının Barents dənizində rus balıqçı gəmisi batıb.

Unikal.org Rusiya KİV-ə istinadən xəbər verir ki, hadisə Novaya Zemlya adası yaxınlığında baş verib. Nəticədə 1 nəfərin cəsədi tapılıb, 16 nəfər itkin düşüb. 2 nəfərin isə həyatının xilas edildiyi bildirilir.

Hazırda axtarışlar davam etdirilir. Cinayət işi açıldığı bildirilir.