Ermənistan müxalifəti polisə çağırış edib.
Unikal.org Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu gün parlament önündə baş tutan aksiya zamanı birləşmiş müxalifət qüvvələrinin təmsilçilərindən Daşnaksütun Partiyasının funksionerləri partiya adından polisə ictimai müraciət edib.
Müraciətdə polisin və güc strukturlarının Nikol Paşinyan hakimiyyətini müdafiə etməkdən əl çəkməsi və müxalifətin sıralarına qoşulması çağırışı öz əksini tapıb. Dəyişikliklərin labüd olduğu, prosesin ağrısız olması üçün bunun şərt olduğu bəyan edilib. Hazırda düşmən ölkədə siyasi gərginlik davam etməkdədir.