Türkiyədə ağır yol qəzası baş verib.

Unikal.org Türkiyə KİV-ə istinadən xəbər verir ki, hadisə Hakkari şəhərində baş verib. Sərnişin avtobusu ilə yük maşının toqquşması nəticəsində 4 nəfər həyatını itirib, 7 nəfər isə müxtəlif bədən xəsarətləri alıb.

Yaralıların xəstəxanaya çatdırıldığı bildirilir. Hadisənin səbəbləri araşdırılır.