Çindən Türkiyəyə ixrac edilən vaksinlər sabah Türkiyəyə çatacaq.

Unikal.org Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu axşam paytaxt Pekindən yola düşəcək təyyarə sabah saat 6:00-da İstanbula enəcək. COVID-19 əleyhinə vaksinlər Türkiyəyə çatan kimi paylanmağa başlanacaq. Vaksinasiyanın başladılması da tezliklə həyata keçiriləcək.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da bunun anonsunu vermişdi. Hazırda Pekin aeroportunda vaksinlərin gömrükləmə işinin getdiyi bildirilir.